ABŞ növbəti maliyyə ilində döyüş sursatlarının alınmasına 30,6 milyard dollar xərcləmək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks Pentaqonda keçirilən brifinqdə bildirib.

“2024-cü maliyyə ilində 30,6 milyard dollar dəyərində sursat alacağıq ki, bu da 2023-cü maliyyə ilindən təqribən 12% çoxdur”, - o deyib.