İqtisadiyyat.az Palataya istinadən xəbər verir ki, 2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında 7 sığorta şirkətinin (“A-Qroup Sığorta Şirkəti” , “Atəşgah Həyat” Sığorta Şirkəti, “AXA MBASK” Sığorta Şirkəti , “AZSIĞORTA” , “Günay Sığorta”, “Qala Həyat” Sığorta Şirkəti və “Standard Insurance) hesabladığı sığorta haqları azalıb. 14 şirkət isə yığımlarını artırıb.

2019-cu ilin yanvar ayı üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında məlumat (təcili məlumatlar əsasında) (min manatla)

Sığortaçının adı

Sığorta Haqları, 2018 Yanvar

Sığorta Haqları

2019 Yanvar

Artım+/-Azalma

1

“Amrah Sığorta”

4,73

38.1

+

2

“A-Qroup Sığorta Şirkəti”

1,068.5

823.4

-

3

“AtaSığorta”

1,398.9

1,997.3

+

4

“Atəşgah Həyat” Sığorta Şirkəti

3,039

2,323.4

-

5

“Atəşgah” Sığorta Şirkəti

2,911.9

6,031.9

+

6

“AXA MBASK” Sığorta Şirkəti

2,820.4

849.7

-

7

Dövlət Sığorta Kommersiya Şirkəti

462

1,667.4

+

8

“Azərbaycan Sənaye Sığorta”

182

419.8

+

9

“AZSIĞORTA”

1,244.5

1,096.2

-

10

“Bakı Sığorta”

52

60.4

+

11

“Günay Sığorta”

428

203.6

-

12

“İpək Yolu Sığorta”

6,507.2

6,720.6

+

13

“Meqa Sığorta”

2,234.7

2,481.0

+

14

"Naxçıvansığorta"

9.1

9.8

+

15

“Paşa Həyat Sığorta”

14,475.7

10,875.7

+

16

“Paşa Sığorta”

41,233.7

46,420.1

+

17

“Qala Həyat” Sığorta Şirkəti

954.9

583.8

-

18

“Qala Sığorta”

2,507.4

2,793.3

+

19

“Rəvan Sığorta”

77

180.7

+

20

“Standard Insurance”

605.2

590.4

-

21

“Xalq Sığorta”

543.1

2,028.0

+

YEKUN

82 760  

 

88,194.6

+

Bu ilin yanvar ayında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 88 milyon 195 min manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.

Ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 17 milyon 156 min manat təşkil edib. Bu isə illik müqayisədə 25,4% azdır. 

2019-cu ilin yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 19,45 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 27,8 manat olub.