Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 20-si 2018-ci ildəki gəlirlərinın məbləği barədə məlumat verib ki, bunlardan da 4-də sözügedən göstərici 40 milyon manatdan çoxdur.

Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (151,09 milyon manat), "PAŞA Sığorta" (134,365 milyon manat), "Azərsığorta" (52,543 milyon manat) və "Atəşgah Sığorta" (40,964 milyon manat) ASC-lərdir.

Adları çəkilən 4 şirkətin məcmu gəlirləri 378,962 milyon manat təşkil edir ki, bu da bazarın 59,5%-i deməkdir. Qalan 16 sığorta şirkətindən 11-nin gəlirləri 13-32 milyon manat arasında, 5-nin gəlirləri isə 10 milyon manatdan azdır.

20 şirkətdən 10-u ötən il gəlirlərini artırıb. Ən yüksək müsbət dinamika "Qala Sığorta" ASC-də (99,5%), ən aşağı müsbət dinamika isə "A-Qrup Sığorta" ASC-də (1,1%) qeydə alınıb. Qalan 10 sığorta şirkətinin isə gəlirləri azalıb. Ən yüksək mənfi dinamika "Atəşgah Həyat Sığorta" ASC-də (55,9%), ən aşağı mənfi dinamika isə "İpək Yolu Sığorta" ASC-də (1,8%) baş verib.

2018-ci ildəki xərclərinin məbləği barədə məlumat vermiş 20 sığorta şirkətindən 4-də sözügedən göstərici 40 milyon manatdan çoxdur. Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (124,322 milyon manat), "PAŞA Sığorta" (106,015 milyon manat), "Azərsığorta" (48,861 milyon manat) və "Atəşgah Sığorta" (41,734 milyon manat) ASC-lərdir.

Adları çəkilən 4 şirkətin məcmu xərcləri 320,932 milyon manat təşkil edir ki, bu da bazarın 57,6%-i deməkdir. Qalan 16 sığorta şirkətindən 12-nin xərcləri 10-25 milyon manat arasında, 4-nün xərcləri 10 milyon manatdan azdır.

20 şirkətdən 10-u ötən il xərclərini artırıb. Ən yüksək müsbət dinamika "Qala Sığorta" ASC-də (76,8%), ən aşağı müsbət dinamika isə "Atəşgah Sığorta" ASC-də (2,8%) qeydə alınıb. Qalan 10 sığorta şirkətinin isə xərcləri azalıb. Ən yüksək mənfi dinamika "Atəşgah Həyat Sığorta" ASC-də (64,4%), ən aşağı mənfi dinamika isə "Xalq Sığorta" ASC-də (0,4%) baş verib.

"Naxçıvan Sığorta" ASC gəlirlərinin və xərclərinin məbləğini açıqlamayıb.