2018-ci ildə Türkiyədən Qətərə olan ixracat 62% artıb

Türkiyədən Qətərə edilən ixracat 2018-ci ildə əvvəlki ilə görə 62% artaraq 630 milyon dollardan 1 milyard 18 milyon dollara qalxıb.
Egey İxracatçı Birliklərindən (EİB) verilən açıqlamaya görə, Türkiyə 2017də Qətərə 630 milyon dollarlıq ixracat reallaşdırıb. İqtisadiyyat.az “Anadolu Xəbər Agentliyi”nə istinadən xəbər verir ki, 2018-ci ildə Qətərə ixracat 62% nisbətində artaraq 1 milyard 18 milyon dollara çatıb. Bu rəqəmlə Qətər, Türkiyənin ən çox ixracat etdiyi 37 ölkədən biri oldu.

Qətərə ixrac olunan kimyəvi maddələr və məhsullar 117 milyon dollar ilə birinci sırada, ikinci sırada isə 100 milyon dollarlıq çəkisi olan sement və elektrik-elektron sektorları yer alıb. Dəmir və əlvan metallar sektorunun ixracatı 92 milyon, müdafiə sənayesi sektoru isə 83 milyon dollarlıq miqdarda ixrac edilir.

Açıqlamada fikirlərinə yer verilən EİB Koordinasiya Başçısı Jak Eksinazi, Türkiyə ilə Qətər arasında xarici ticarət həcminin Türkiyə lehinə davamlı artdığını dilə gətirib.
Türkiyə ilə Qətər arasında 2018-ci ildə imzalanan Sərbəst Ticarət müqaviləsinin Qətərə ixracatı artırmaq üçün uyğun bir zəmin hazırladığını deyən Eskinazi, 'Önümüzdəki dövrdə iki ölkə arasındakı xarici ticarət həcmi daha da artırılacaq. 2019-cu ildə Türkiyənin Qətərə ixracatının 1,5 milyard dollara çatmağını təmin edəcəyik' deyib.