UEFA "Olimpiya"nın (Sloveniya) Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdiyi ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qeyd olunub ki, təşkilatın Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərar qüvvədə saxlanılıb.

"Olimpiya" Lyublyanadakı qarşılaşmada meydana əşyaların atılmasına görə 22625, komandanın düzgün olmayan davranışına görə isə 4500 avro cərimələnib.

Həmin matç "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb