Türkiyə bu ilin sentyabr ayında Azərbaycandan 888 milyon 520 min kubmetr qaz idxal edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun sentyabr ayı üzrə “Təbii Qaz Bazarı Sektoru Hesabatı”nda deyilir.

Məlumata görə, bu dövrdə ölkənin Azərbaycandan təbii qaz idxalı 25 % artıb. Hesabat dövründə ümumillikdə Türkiyənin təbii qaz idxalı 3,2 % azalaraq təxminən 3 milyard 291 milyon 830 min kubmetrə çatıb. İdxalın təxminən 2 milyard 790 milyon 690 min kubmetri boru kəmərləri, 501 milyon 140 min kubmetri isə mayeləşdirilmiş təbii qaz (LNG) vasitəsilə həyata keçirilib.

Sentyabrda ən çox təbii qaz idxalı 1 milyard 902 milyon 170 min kubmetrlə Rusiyadan, 888 milyon 520 min kubmetrlə Azərbaycandan və 399 milyon 57 min kubmetrlə Əlcəzairdən edilib.

Bu müddətdə İrandan təbii qaz idxal edilməyib. Ölkənin Əlcəzairdən təbii qaz idxalı 35 %, Rusiyadan idxalı isə 23,5% artıb.

 

Gözəl Həşimova