Türkmənistan öz qazını İran vasitəsilə Türkiyəyə tədarük edə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aşqabadda keçirilən iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Türkiyə hökumətlərarası komissiyasında müzakirə edilib.

Məlumata görə, tərəflər Türkmənistan təbii qazının Türkiyə bazarına çıxarılması imkanlarını müzakirə ediblər. Bu kontekstdə onlar Türkmənistandan İran vasitəsilə Türkiyəyə qaz nəqli layihəsinin aktuallığını vurğulayıblar.

 

Gözəl Həşimova