Yaponiyanın avtomobil istehsalçısı "Toyota Motor Corporation" Hindistanda istehsal gücünü genişləndirmək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat açıqlayıb.

Məlumata görə, hazırda ölkədə üçüncü zavodun açılışına hazırlıq gedir. Bildirilib ki, koronavirus pandemiyasından bəri Hindistan avtomobil bazarı digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə böyüyüb.

Yeni zavod Hindistanda "Toyota" avtomobillərinə tələbatın artması ilə əlaqədardır.

 

Gözəl Həşimova