"Çelsi"nin keçmiş baş məşqçisi Maurisio Sarri  2018/19 mövsümünün sonunda London klubunu tərk etdiyinə görə peşman olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Sarri "Yuventus"a getməyin yalnış qərar olduğunu söyləyib.

“Yuventus"da məndən yalnız Çempionlar Liqasını qazanmağımı istədilər, mesaj dərhal aydın oldu. Skudettonu qazandım. Rəhbərlik oyun tərzini dəyişmək istəyirdi, lakin klubda qətiyyət yox idi. Bircə onu deyə bilərəm ki, “Çelsi”dən ayrılmaqda səhv etmişəm. İtaliyaya qayıtmaq mənim üçün səhv qərar idi”.

Qeyd edək ki, italiyalı mütəxəssis 2019/20 mövsümündə "Yuventus"a rəhbərlik edib və A seriyasının qalibi olduqdan sonra vəzifəsindən qovulub.