Rusiyadan Çinə qaz nəqli bu ilin yanvar-noyabr aylarında 20 milyard kubmetri ötüb. Bu da rekord səviyyə hesab olunur.

İqtisadiyyat.az "China Daily" qəzetinə istinadən xəbər verir ki, hazırda Rusiyanın “Qazprom” şirkəti təbii qazı “Sibirin gücü” kəməri ilə Çinə nəql edir.

Məlumata görə, kəmər istifadəyə verildiyi 4 ildə bu kəmərlə 50 milyard kubmetrdən çox təbii qaz nəql olunub.

 

Gözəl Həşimova