"Real" baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni yeniləmək istəyir.

İqtisadiyyat.az xəbər verir ki, klub Ançelottiyə 2 illik yeni müqavilə təklif edəcək.

Daha əvvəl italiyalı mütəxəssisin Braziliya millisinə rəhbərlik edə biləcəyi bildirilirdi.

Ançelottinin rəhbərliyi altında "Real" ölkə çempionu, İspaniya kubokunun, Çempionlar Liqasının qalibi və FIFA klublararası dünya çempionatının qalibi olub