Dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qalatasaray" - "Mançester Yunayted" matçında komandasının bərabərlik qolunu vuran Kərək Aktürkoğlu vurduğu qolu fələstinli uşaqlara həsr edib.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda futbolçu özünün "X" hesabında paylaşım edib. 

"Bu vurduğum qolu ümid və sülhlə dolu gələcəyə layiq olan Fələstindəki bütün uşaqlara həsr edirəm. Onların cəsarəti və möhkəmliyi məni meydanda ruhlandırır. Siz həmişə bizim qəlbimizdəsiniz. Biz sizi unutmamışıq və unutmayacağıq".

Qeyd edək ki, "Qalatasaray" doğma meydanda "Mançester Yunayted" ilə 3-3 hesablı bərabərliyə razılaşıb.