İngiltərə Premyer Liqasının yayım hüquqları rekord məbləğə satıldı.

İqtisadiyyat.az xəbər verir ki, turnirlə "Sky Sport" və "TNT Sport" arasında rəsmi müqavilə imzalandı. Premyer Liqa matçları 2025-ci ilin yazından 2029-a kimi bu kanallarda yayınlanacaq. 5 yayım paketindən 4-ü "Sky Sport"a məxsus olacaq. Bu da ümumilikdə 215 oyun edir. BBC isə oyunların icmallarını ictimaiyyətə pulsuz təqdim edə biləcək. 

Qeyd edək ki, Premyer Liqanın yayım hüququ 6,7 milyard funt-sterlinqə satıldı. Bu, İngiltərə futbol tarixi üçün rekord göstəricidir