"Rusiya OPEC+ tərəfdaşları ilə dialoqunu davam etdirir və bazara kifayət qədər neft ixrac edir. Bütün lazımi qərarlar hazır olan kimi təşkilatda qəbul ediləcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu "OPEC+" iclasının noyabrın 30-na təxirə salınması və onlayn keçirilməsi qərarını şərh edərkən qeyd edib.

Məlumata görə, "OPEC+" iclası noyabrın 26-da Vyanada keçirilməli idi.

Xatırladaq ki, Azərbaycanın da iştirak etdiyi Neft İxrac Edən Ölkələr Təşkilatı 1960-cı ildə ən böyük neft hasil edən ölkələrin - Venesuela, İraq, İran, Küveyt və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılıb.

 

Gözəl Həşimova