"BƏƏ-də Albaniyanın Baş nazirinin müavini-infrastruktur və energetika naziri Belinda Balluku ilə səmərəli görüşümüz oldu".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz "X" hesabında bildirib.

Görüşdə, Azərbaycan-Albaniya İşçi Qrupu əsasında Birgə Hökumətlərarası Komissiyanın yaradılması, Korça şəhərinin qazlaşdırılması layihəsi, həmçinin TAP üzvləri olan ölkələrimizin enerji əməkdaşlığının inkişafı ilə bağlı müzakirələr aparılıb.