"OPEC+"un (OPEC üzvü olmayan xam neft istehsal edən ölkələr) monitorinq komitəsinin noyabrın 26-da keçirilməsi planlaşdırılan iclası və nazirlərin görüşü noyabrın 30-na təxirə salınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in bəyanatında deyilir.

Qurum görüşlərin təxirə salınmasının səbəblərini açıqlamır.

 

Gözəl Həşimova