Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 2 milyard 256 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 56,2 % çoxdur.

Hesabat dövründə nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 15,92 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 1 milyard 444 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

 

Gözəl Həşimova