Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 1 milyard 878 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 44,3 % çoxdur.

Hesabat dövründə nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 14,90 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 1 milyard 301 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

 

Gözəl Həşimova