Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana ümumilikdə 85,8 milyon dollar dəyərində 2 118 ədəd elektrikli avtomobil idxal olunub. Bu dövrdə elektrikli avtomobil idxalına çəkilən xərc ötən ilə nisbətən 65 milyon dollar və ya 8,4 dəfə artıb.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 1817 ədəd və ya 7 dəfə artıb.

Bununla da Azərbaycanın elektrikli avtomobil idxalına çəkdiyi xərc son 4 ilin maksimumuna çatıb:

 

İllər

Xərc

2020-ci il

8 milyon dollar

2021-ci il

2,2 milyon dollar

2022-ci il

10,1 milyon dollar

2023-cü il

85,8 milyon dollar

 

Gözəl Həşimova