Bu gün Azərbaycan Premyer Liqasında keçiriləcək 2 oyunla14-cü tura yekun vurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, günün ilk matçında "Neftçi" doğma meydanda "Araz-Naxçıvan" klubunu qonaq edəcək. Matç saat 15:30-da start götürəcək.

Günün ikinci matçı isə Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı klubu "Zirə"ni qonaq edəcək. Turun son matçı saat 18:00-da başlayacaq.

Misli Premyer Liqası

14-cü tur

26 noyabr

“Neftçi” – “Araz-Naxçıvan”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov

“Neftçi Arena”, 15:30.

“Sumqayıt” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

“Kapital Bank Arena”, 18:00.