Qlobal yanacaq tələbinin artımı ilə bağlı qeyri-müəyyənliklər fonunda neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin yanvar müqaviləsində bir barelin qiyməti 0,6% və ya 49 sent ucuzlaşaraq 78,39 ABŞ dolları olub.

“WTI" markalı neftin yanvar müqaviləsində bir barelin dəyəri isə 0,6% və ya 42 sent azalaraq 73,65 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova