"OPEC+"un bu həftə keçiriləcək iclası ilə bağlı gözləntilər neft qiymətlərini ucuzlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin yanvar müqaviləsində bir barelin qiyməti 37 sent və ya 0,5% ucuzlaşaraq 80,21 ABŞ dolları olub.

“WTI" markalı neftin yanvar müqaviləsində bir barelin dəyəri isə 36 sent və ya 0,5% azalaraq 75,18 ABŞ dollarına enib.

 

Gözəl Həşimova