İngiltərə Premyer Liqası komandası "Liverpul"un misirli futbolçusu Məhəmməd Salah oynamaq istədiyi 3 futbolçunun adını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki,  daha əvvəl "Çelsi", "Roma", "Fiorentina" forması geyinən Salah "Sky Sports"a verdiyi açıqlamada birlikdə oynamaq istədiyi 3 futbolçunun Lionel Messi, Kriştiano Ronaldo və "Mançester Siti"nin belçikalı yarımmüdafiəçisi Kevin De Brün olduğunu bildirib.

Premyer Liqadakı ən mühüm rəqibi olan "Mançester Siti"nin ulduzunu tərifləyən Salah, "De Brünün oyuna böyük baxışı var və topu istədiyi nöqtəyə göndərə bilir. Mən də Messi və Ronaldo ilə oynamaq istərdim, amma Premyer Liqadan seçim etməli olsam, birlikdə oynamaq istədiyim şəxs De Brün olardı" deyə bildirib.

Salah qarşı oynamaqda ən çox çətinlik çəkdiyi futbolçuları da açıqlayıb və bu adların keçmişdə “Çelsi”də çıxış edən Sezar Azpilikueta və Eşli Koul olduğunu bildirib.