İtaliya 2030-cu ilə qədər bərpa olunan enerji istehsalını 3 dəfə artırmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratin bildirib.

Onun sözlərinə görə, ölkə günəş enerjisi istehsalını 79 921 MVt-a çatdırmağı planlaşdırır: “Biz 2030-cu ilə qədər bərpa olunan mənbələrdən enerji istehsalını üç dəfə artırmaq öhdəliyi ilə COP28-in təklif etdiyi bəyannaməyə qoşulmuşuq. O cümlədən, 2030-cu ildə günəş enerjisi istehsalının 21 650 MVt-dan 79 921 MVt-a, külək enerjisinin 10 907 MVt-dan 28 140 MVt-a çatdırılması nəzərdə tutulur”.

 

Gözəl Həşimova