İran gələn il gündəlik neft hasilatını 4 milyon barrelə çatdırmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Ovci bildirib.

Onun sözlərinə görə, İran 163 milyard barrel neft ehtiyatına malikdir. Ölkədə hazırda gündəlik neft hasilatının həcmi 3 milyon 400 min barrel səviyyəsindədir.

Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2018-ci ildə nüvə sazişindən çıxdıqdan sonra İrana qarşı iqtisadi sanksiyaları artırıb və neft satışlarını məhdudlaşdırıb.

 

Gözəl Həşimova