Yaponiyanın "Honda Motor" şirkəti 1 milyondan çox avtomobilini geri çağırmaq qərarına gəlib.

Bu barədə İqtisadiyyat.az “Mainichi” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, yanacaq nasosunda yaranan problemlərə görə daxili bazarda satılan avtomobillər geri çağrılır.

Bildirilib ki, 2017-ci ilin iyunundan 2020-ci ilin sentyabrına qədər satılan 25 fərqli modeldən cəmi 1,13 milyon avtomobil geri çağırılmalıdır.

 

Gözəl Həşimova