Bakıda hərbçilər arasında keçirilən dünya çempionatında qızıl medal qazanan güləşçi Hacı Əliyev instaqram hesabında paylaşım edib.

İqtisadiyyat.az xəbər verir ki, o, postunda bunları yazıb:

"Bakıda hərbçilər arasında keçirilən dünya çempionatında qızıl medal qazandığım üçün çox sevinirəm. Məni dəstəkləyənlərə ürəkdən təşəkkür edirəm. Çox sevinirəm ki, medallarımın sırasına bu gözəl medalı da əlavə edə bildim. Bu yarışın keçirilməsində əziyyəti olan hər kəsə, başda Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə minnətdarlığımı bildirirəm. İdmanımız və idmaçılarımız üçün yaradılan şəraitə görə cənab Prezident İlham Əliyevə bir daha ürəkdən təşəkkür edirəm. Bu gözəl qələbəmi şəhidlərimizə həsr edirəm. Yaşasın Azərbaycan".