Türkiyə Super Liqası komandası "Fənərbağça" bu mövsüm əla çıxışını davam etdirir.

İqtisadiyyat.az xəbər verir ki, "sarı-lacivertli" komanda liderliyi əlindən buraxmaq niyyətində deyil. Qələbələri sıralayan "Fənərbağça" 37 xalla turnir cədvəlinin ilk pilləsindədir.

Komandanın qələbələrində böyük pay sahibi olan futbolçulardan biri də, yeni transfer Sebastian Şimanskidir. 24 yaşlı polşalı futbolçu 25 matçda 10 qol vurub, 9 assist etməyi bacarıb.

"Fənərbağça" futbolçuya 20 milyon avro qiymət qoyub. Türkiyə mətbuatında futbolçu ilə bəzi Avropa nəhənglərinin maraqlandığı yazılır.