"Fənərbağça"nın futbolçusu Ferdi Kadıoğlu ardıcıl oyunu ilə azarkeşləri tərəfindən bəyənilib.

Türkiyə millisinin ulduzunun adı tez-tez Avropa klubları ilə hallanır. Bu dəfəki transfer iddiası alman mətbuatından gəlib.

İqtisadiyyat.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ara transfer dövründə Ferdi Kadıoğlunu transfer etmək üçün Dortmund "Borussiya"sının "Fənərbağça"nın qapısını döyəcəyi qeyd edilib.

 "Sarı-lacivertli" klubun 24 yaşlı futbolçu üçün 30 milyon avroluq transfer məbləği tələb etdiyi bildirilib.

 “Fənərbağça” ilə 167 rəsmi matça çıxan Ferdi Kadıoğlu bu matçlarda 15 qol vurub, 20 məhsuldar ötürmə edib.