Formula 1 2024-cü ildə sprint yarışları üçün mərhələləri açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, gələn il pilotlar altı sprintdə yarışacaqlar. Mini-yarışlar üçüncü dəfə Spilberq və San-Pauluda, ikinci dəfə Ostin və Lusaildə, ilk dəfə isə Şanxay və Mayamidə keçiriləcək.

Xatırladaq ki, bu il nəzərdə tutulan 6 sprintdən biri Bakıda keçirilmişdi.

2024-cü ildə sprint həftəsonları:

Çin qran-prisi (19-21 aprel)

Mayami qran-prisi (3-5 may)

Avstriya qran-prisi (28-30 iyun)

ABŞ qran-prisi (18-20 oktyabr)

San-Paolo qran-prisi (1-3 noyabr)

Qətər qran-prisi (29 noyabr – 1 dekabr)