Əliyar Ağayev "Mançester Siti"nin Çempionlar Liqasındakı oyununu idarə edəcək.

İqtisadiyyat.az xəbər verir ki, o, Serbiyada yerli “Srvena Svezda” və “Mançester Siti” (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunun oyununu idarə edəcək.

 Ona FIFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

 Görüş dekabrın 13-də baş tutacaq.