Yanvarın 20-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,54 dollar və ya 0,68% azalaraq 1 barelə görə 78.56 dollar təşkil edib.

İqtisadiyyat.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında 2024-cü ilin fevral ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,67 dollar və ya 0,90% azalaraq 73.41 dollara enib.