Zaqreb “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviç Xorvatiya çempionatının 16-cı turunda “Osiyek”lə keçirilən oyunda hücumçu seçiminə aydınlıq gətirib.

"Operativ Media" xəbər verir ki, bosniya və herseqovinalı mütəxəssis Azərbaycan millisinin forvardı Mahir Emrelini matçın iştirak ərizəsinə salmamasının səbəbini də izah edib. Çalışdırıcı eyni zamanda digər hücumçu Yosip Drmiçin kənarda qalmasına izah gətirib.

Maraqlıdır ki, baş məşqçi onunla müqayisədə Emreli də daxil olmaqla, digər forvardlardan razılıq bildirib: “Drmiçi siyahıdan silməmişik. Sadəcə, bu dəfə Bruno Petkoviç, Mahir Emreli və Deni Yuriç arasında seçim etməli olduq. Çünki onlar həftəboyu çox yaxşı məşq etmişdilər”.

Qeyd edək ki, “Dinamo”nun 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Bruno Petkoviç start heyətində meydana çıxıb, Deni Yuriç isə son dəqiqələrdə mübarizəyə qoşulub