Braziliyanın gələn ilin yanvar ayından etibarən "OPEC+" qrupuna qoşulacağı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC yazılı açıqlama yayıb.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi 13 OPEC və Rusiyanın başçılıq etdiyi 10 qeyri-OPEC-ə üzv ölkənin enerji nazirlərinin onlayn rejimdə keçirilən 36-cı Toplantısı başa çatıb.

Bəyanatda qeyd olunub ki, tərəf ölkələrin neft bazarının sabit və tarazlı təmin edilməsinə dair davamlı öhdəlikləri təsdiq edilib.

Qeyd edək ki, OPEC və qeyri-OPEC Nazirlərinin 37-ci Görüşünün gələn ilin iyunun 1-də Vyanada keçiriləcəyi paylaşılır.

 

 

Gözəl Həşimova