Premyer Liqada mövsümə istədiyi kimi başlaya bilməyən və aşağı-yuxarı çıxış edən "Çelsi" üçün yeni mövsümdə əsas transfer hədəfi hücum bölgəsinədir.

İqtisadiyyat.az İngiltərənin "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, "Çelsi"nin baş məşqçisi Maurisio Poçettinonun Viktor Osimheni heyətində görmək istədiyi və nigeriyalı hücumçunun London komandasına keçməkdə maraqlı olduğu bildirilir.

Xəbərdə "Napoli"nin Viktor Osimhen üçün ən az 100 milyon funt-sterlinq tələb edəcəyi bildirilərkən, Premyer Liqanın transfer rekordunun qırıla biləcəyi qeyd edilib.

 "Çelsi" Enzo Fernandezin transferi üçün 106,8 milyon funt sterlinq ödəyərək rekord qırıb.

 Poçettinonun komandası yay transfer dövründə hücum xəttini Villarrealdan Nikolas Ceksonla gücləndirmişdi.