Noyabrın 13-dən Abşeron rayonunda Xırdalan şəhəri ilə Görədil qəsəbəsini əlaqələndirən 592 və Qobu qəsəbəsi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksini əlaqələndirən 567 nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.

İqtisadiyyat.az-ın məlumatına görə, bu məqsədlə avtobuslarda ödəniş cihazlarının quraşdırılmasına başlanılıb.