"Tesla Cybertruck" elektrikli avtomobili təhlükəsizlik baxımından Avropada qadağan edilə bilər.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, elektrikli avtomobilin piyadalar üçün təhlükəli olduğu sübut edilib.

Avropa Nəqliyyat Təhlükəsizliyi Şurasının ekspertləri bildiriblər ki, "Cybertruck"un Avropada satışa icazə alması ehtimalı azdır. Buna səbəb isə bu ölçüdə, gücdə və böyük çəkidə bir avtomobil toqquşma zamanı piyadalar və velosipedçilər üçün ölümcül olacaq.

 

Gözəl Həşimova