"Tesla" elektrikli avtomobillərini doldurmaq üçün komissiya tutacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özünün şarj stansiyalarında elektrikli avtomobil sahiblərindən alacağı yeni komissiya növünü təqdim edib.

Avtomobil sahibi elektrikli avtomobilinin akkumulyatorunu 90%-dən çox doldurubsa, “Super yükləyici haqqları” tutulacaq.

"Tesla" bildirib ki, bu tədbir enerji doldurma məntəqələrində növbələri azaldacaq.

İstifadəçi tətbiqdə bu barədə bildiriş alacaq, sonra stansiyanı boşaltmaq üçün 5 dəqiqə vaxtı olacaq. Əks halda,"Tesla" hər əlavə şarj dəqiqəsi üçün bir dollar rüsum tələb edəcək. Bu rüsum sürücüləri stansiyadan 100% deyil, səyahət üçün lazım olan qədər yanacaq almağa təşviq edəcək.

 

Gözəl Həşimova