Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə Azərbaycanın milli pavilyonunda görüşdük. Metan emissiyalarının azaldılması, "Xəzər-Aİ Yaşıl Enerji Dəhlizi" və Mərkəzi Asiya ilə Aİ arasında Azərbaycan vasitəsilə enerji körpüsünün yaradılması barədə müzakirələr apardıq”, - paylaşımda qeyd olunur.