Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 222,3 min ton neft koksu ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 74 % çoxdur.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 57,2 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,1 milyon dollar çoxdur.

 

Gözəl Həşimova