Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 37,8 milyard manat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 3 % azalıb.

İqtisadiyyat.az Azərbaycan Statistika Komitəsinə istinadən xəbər verir ki, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 25 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 29,7 milyard kub metr təşkil edib.

Əmtəəlik neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% azalıb, əmtəəlik qaz hasilatı isə 3,6% artıb.

 

Gözəl Həşimova