Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 3-cü qrupunda sonuncu oyununu keçirib.

İqtisadiyyat.az xəbər verir ki, yığma Farer adalarını qəbul edib.

Matç Siyasət Əsgərovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandanın heyətində yeganə qolu matçın 69-cu dəqiqəsində Nigar Mirzəliyeva vurub.

Azərbaycan millisi C Liqasının 3-cü qrupunu 16 xalla birinci başa vurub və B Liqasına yüksəlib