18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, yığma üçüncü oyunda Latviya ilə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb - 3:0.

Azərbaycan yığması daha əvvəl eyni hesabla Polşa və Ukraynaya məğlub olub