"Səbail" klubunun ev matçlarını keçirdiyi "ASCO Arena"nın elektrik təchizatında problem yarandığı üçün Azərbaycan Premyer Liqasının XIV turunun oyun cədvəlində dəyişiklik edilib.

İqtisadiyyat.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin müraciəti əsasında “Kəpəz” PFL tərəfindən məlumatlandırılıb.

Əvvəlcədən 18:30-da başlaması nəzərdə tutulan qarşılaşmanın 14:00-da start götürməsinə qərar verilib.

Bundan əlavə, təşkilati məsələlərlə bağlı 16-cı turun “Zirə” - “Araz Naxçıvan” oyununun startı 18:00-dan 17:00-a keçirilib.