Azərbaycan Premyer Liqasının 16-cı turu kifayət qədər məhsuldar alınıb.

İqtisadiyyat.az xəbər verir ki, keçirilən 5 oyunda qapılara ümumilikdə 19 qol vurulub.

“Zirə” – “Araz-Naxçıvan” görüşünün 0:0 hesabı ilə yekunlaşdığını nəzərə alsaq, həmin toplar 4 matçda qeydə alınıb. Bu isə mövsümün rekordunun təkrarlanması deməkdir. Komandalar məhsuldarlıq baxımından 10-cu turun rekordunu təkrarlayıblar.

Bu tur 19 qoldan 8-ni ev sahibləri, 11-ni isə qonaqlar aktivlərinə yazdırıblar. Maraqlıdır ki, 10-cu turda da eyni ssenari yaşanmışdı.

Qeyd edək ki, bu turda “Qarabağ” “Sumqayıt”ı 6:1, “Kəpəz” – “Zirə”ni 3:0, “Sabah” “Səbail”i 4:0, “Neftçi” isə “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib.