Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, turun qapanış matçında "Sumqayıt" "Kapital Bank Arena"da "Zirə"ni qonaq edib. Matç 0-0 hesablı heç-heçə ilə başa çatıb. "Zirə" zirvədəki yerini "Qarabağ"a verib və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Misli Premyer Liqası

14-cü tur

26 noyabr

“Sumqayıt” – “Zirə” 0:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

“Kapital Bank Arena”, 18:00.