Ötən il Azərbaycanda elektrik enerjisinin istehsalı 272,3 mln. kVt-saat artaraq 29 276,6 mln. kVt-saat təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, ötən il Azərbaycan üzrə elektrik enerjisinin ixracı 3252,5 mln. kVt-saat, idxal isə 211,8 mln. kVt-saat səviyyəsində olub.

“Yanvar-dekabr aylarında İES-lər üzrə 27 160,4 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 116,2 mln. kVt-sat elektrik enerjisi istehsal edilib”, - paylaşında qeyd olunur.