Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin görüşləri davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bu gün artıq daha 3 matç keçirilib.

“Şahdağ Qusar”ı minimal hesabla üstələyən “Qaradağ Lökbatan” növbəti mərhələyə adlayıb. I Liqa təmsilçisi 1/8 finalda “Neftçi”yə rəqib olub. Premyer Liqa təmsilçisi “Kəpəz” isə II Liqanın lideri “Baku Sportinq”i əlavə vaxtda vurduğu qollarla üstələyə bilib. Qərb təmsilçisinin növbəti rəqibi “Sabah” olacaq.

Digər Premyer Liqa təmsilçilərinə gəlincə, “Araz-Naxçıvan” “Kür-Araz”a şans verməyərək 1/8-ə adlayıb. Azər Bağırovun komandasının növbəti mərhələdəki rəqibi “İrəvan” olacaq.

Bu günə “Lerik” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin dünən keçirilən 4 oyunundan sonra “Səbail”, “Turan Tovuz”, “Karvan” və “İrəvan” adlarını 1/8 finala yazdırıb. Mərhələyə sabah baş tutacaq 2 matçla (“Zaqatala” – Şamaxı” və “İmişli” – “Mingəçevir”) yekun vurulacaq.

Azərbaycan Kuboku

2-ci təsnifat mərhələsi

29 noyabr

“Şahdağ Qusar” – “Qaradağ Lökbatan” 0:1

Qol: Sultan Mustafayev, 60.

Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov

Şamaxı OİK stadionu.

“Kəpəz” – “Baku Sportinq” 2:0

Qollar: Nemət Musayev, 99, Martins Junior, 107.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov

Tovuz şəhər stadionu.

“Kür-Araz” – “Araz-Naxçıvan” 1:6

Qollar: Ramazan Abbasov, 52 – Məhəmməd Kadiri, 21, Nicat Süleymanov, 47, 87, 90+2. Orxan Əliyev, 65, 88.

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev

“Dalğa Arena