Yaponiyanın avtomobil istehsalçısı "Honda Motor"un bu ilin aprel-sentyabr aylarında xalis mənfəəti ötən maliyyə ili ilə müqayisədə 82,1% artaraq 4 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum maliyyə ilinin ikinci yarısı üçün gözləntilərini və hədəflərini açıqlayıb.

Hesabat dövründə şirkətin satış gəlirləri 18,9% artaraq 63,4 milyard dollara çatıb. Avtomobil istehsalçısının əməliyyat mənfəəti isə 53,6% artaraq 4,6 milyard dollara çatıb.

 

Gözəl Həşimova