İspaniya La Liqa komandası "Atletiko Madrid" müdafiəçisi Nahuel Molina ilə yeni muqavilə imzalamağa hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Yeni müqaviləyə əsasən argentinalı 25 yaşlı futbolçunun sərbəst qalma dəyəri 70 milyon avro olacaq.

Molina "Atletiko Madrid"in əsas futbolçularından biri hesab edilir.